Təhsil İdarəsinin kadrı nazirliyə aparıldı


Bakı Şəhəri üzrə Təhsil İdarəsində kadr dəyişikliyi aparılıb.

Modern.az-ın xəbərinə görə, Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhman Nəbiyev və Ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev vəzifədən kənarlaşdırılıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, idarədəki vəzifəsindən kənarlaşdırılan Firudin Həmzəyevin vəzifəsi daha da böyüdülüb. Belə ki, ona Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifəsi həvalə olunub.

F.Həmzəyevin çalışacağı şöbə isə Aydın Əhmədovun müdiri olduğu və bir müddət əvvəl struktur dəyişikliyi nəticəsində yaradılan məktəbəqədər və ümumi təhsil şöbəsidir.

Elnur
AzNews.az