Baş katib 25 noyabrla bağlı müraciət etdi

BMT-nin Baş katib Pan Gi Mun 25 noyabr – "Beynəlxalq qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü" münasibəti ilə müraciət edib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AzNews.az-a verilən məlumata görə, müraciətdə bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq birbaşa fərdlərə mənfi təsir etməklə yanaşı, bütünlükdə bəşəriyyətə ziyan vurur:

"Bu qlobal problemə cavab olaraq mən, 2008-ci ildə "Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləş" adlı kampaniyamı başlatdım. O vaxtdan bəri dünyadakı tərəfdaşlarımız qadın və qızların hüquqlarının qorunması və zorakılıqdan azad həyat sürmələri üçün bizim mübarizəmizə qoşulublar. Mən, təxminən üç qadından birinin həyatına təsir edən zorakılığa son qoyulması üçün uca səslə edilən çağırışları alqışlayıram. Düşüncə tərzinin dəyişməsi üçün qanunlar qəbul edərək onun işlək olmasına kömək edən liderləri alqışlayır, qurbanlara şəfa verən və onları dəyişikliyin bələdçisinə çevirən qəhrəmanları qiymətləndirirəm".

Müraciətdə o da qeyd olunub ki, ənənəvi olaraq, bu gün 16 günlük fəallıq aksiyasının başlanmasıyla qeyd olunur: "25 noyabr tarixindən 5 dekabr tarixinədək - İnsan Hüquqları Günü ən kobud insan hüququ pozuntusu sayılan qadın zorakılığına qarşı mübarizə aparılması üçün səylərimizi xüsusi olaraq gücləndiririk. Bu il narıncı rəngdə geyinərək məlumatlılığı artırmaq işinə sadiq qaldığımızı nümayiş etdiririk".

BMT-nin Baş katibi dünya ictimaiyyətinə çağırış da edib: "Bu günü hər kəsin qadın və qızlara qarşı zorakılığın bütün növlərinin qarşısını alınması və dayandırması üçün yenidən öhdəlik götürməsi imkanıdır".

AzNews.az