Sabiq nazir müavinindən Firuz Səxavətə sərt İSMARIŞ

Unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavətin mətbuata müsahibəsi böyük qalmaqala səbəb olub.

Xanəndə Axar.az-a zəng edərək, "Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik" başlığı ilə gedən müsahibəsindəki fotosilsilədən divarda Məmməd Əmin Rəsulzadənin şəkli görünən fotolarını çıxarmağımızı xahiş edib. O, bunu "başının ağrıması", "tənqidlərə tuş gəlməsi" ilə əlaqələndirərək "karyerasına zərbə" kimi qiymətləndirib.

Mədəniyyət nazirinin sabiq müavini Məlahət Babayeva AzNews.az-a açıqlamasında xanəndə F.Səxavətin ünvanına sərt ifadələr işlədib: "Firuz Səxavət hələ də Azərbaycan qurucusunun adını dəqiq bilmir. Onun adı Məmməd Əmin deyil, Məhəmməd Əmin Rəsulzadədir. Bu, peyğəmbər adıdır. Firuz Səxavət kimdir ki, Rəsulzadənin böyüklüyünü görə bilə? O getsin muğam, mahnı oxusun. Mahnı da yox a, yalandan başını fırlatsın, 5-3 qəpiyini qazansın. Rəsulzadə Azərbaycan üçün dövlət quran adamdı. Firuz belə şeyləri haradan başa düşər? Ümumiyətlə, son vaxtlar bu ifaçılar özlərini apara bilmirlər. Özünü müğənni adlandıran bəzi şəxslər hədlərini keçiblər. Nuriyyə Hüseynova, Zabit Nəbizadə, Firuz Səxavətə də deyirəm, özünüzün yerini bilin.

Rəsulzadə böyüklüyünü görmək üçün ən azı onun bircə kitabını oxumalısan. Sənsə bundan xəbərsizsən, ay yazıq! Onun bircə cümləsini belə sən başa düşə bilməzsən. Rəsulzadənin Azərbaycan üçün 18 yaşında balası güllənib, qızı itkin düşüb, ailəsi sürgün olunub.

Özü sənin kimi xaricdən pul alıb Azərbaycana gətirib, özünə bahalı maşın alıb, villa tikdirməyib. Özünə var-dövət yığmayıb. Get qışqıra-qışqıra başını fırlat".

Bahar Rüstəmli
AzNews.az