Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü

Nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib və regional proseslərə dair fikir mübadiləsi aparılıb.

AzNews.az