Hüseyn Bağırov Yevlaxda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 13-də saat 11:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonlarında, həmçinin Mingəçevir şəhərində yaşayan şəxslər iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, nazirliyin 168 saylı "Qaynar xətt"i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Yevlax şəhəri Nizami prospekti-11, əlaqə telefonları: 050 394 51 60; 070 394 51 60; 070 220 57 08; 022 336 24 88) xahiş olunur.

AzNews.az