TRT-nin yeni Bakı təmsilçisi təyin edildi

Yüksel Degercan Xarici Yayımlar Departamentinə sədr müavini təyin olunduqdan sonra TRT-nin Bakı təmsilçisi vəzifəsinə Əmrah Timuçin Yazıcı təyin edilib.

TRT-nin Bakı Təmsilçiliyindən verilən məlumata görə, Ə.T.Yazıcı iki ildir Bakı Təmsilçiliyində müxbir olaraq fəaliyyət göstərir. O, iki il müddətində ölkəmizin bölgələrində çəkilişlər aparıb, bir çox xəbər və proqramlar hazırlayıb.

Ə.T.Yazıcı bildirib: "Mən özümü xarici ölkədəki kimi hiss etmirəm, Azərbaycan mənim iki vətənimdən biridir. Türkiyə və Azərbaycan arasında media sahəsində mövcud olan əlaqələr inkişaf edərək daha da yüksələcək".

Qeyd edək ki, TRT-nin gənc təmsilçisi ailəlidir, bir övladı var. Qızı bu il Bakıda dünyaya gəlib.

AzNews.az