Heydər Əsədov vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabr ayının 20-də saat 11:00-da Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ünvan: Şəki şəhəri, Oğuz şosesi, 15A) Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 024-24-5-20-22, 050-200-55-63)) tərəfindən həyata keçiriləcəkdir.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

AzNews.az