- Köhnə - Cəmiyyət
- 23 Dekabr 2013 12:50
- 1 921
“El”dən keçmiş baş prokurorun qardaşı ilə bağlı açıqlama

Bunu AzNews.az-a "El" hərəkatının Ali Məclis Sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, Milli Şurada təmizlənmə işlərinin aparılmasına ehtiyac var: "İnsanları müəyyənləşdirmək çox çətindi. Milli Şura kimi böyük bir qurumda istefaların olması adi bir haldır. Düzdür, bu olmamalıdır. Milli Şurada seçkidən sonra təmizlənmə işləri aparılmayıb. Onun aparılmasına ehtiyac var. Orada artıq adamlar var. Hansı ki, həmin şəxslər Milli Şuranın strategiyasını, fəlsəfəsini anlamır. Belə adamlar Milli Şurada qala bilməz".
Xatırladaq ki, Milli Şura üzvü Zakir Əliyev sözügedən qurumdan istefa verib. Bundan sonra ölkənin ictimai-siyasi həyatından tam uzaqlaşacağını vurğulayan Z.Əliyev keçmiş baş prokuror Əli Ömərovun doğma qardaşıdır.
Bahar Rüstəmli
AzNews.az