Rüstəm Behrudi Anarı və Əkrəm Əylislini təhqir etdi: “Qanadlı köpək...”

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla yazıçı Əkrəm arasında münasibətlə son günlər daha da kəskinləşib.


Hər iki ziyalı inanılmaz qarşılıqlı ittihamlarla çıxış edib. Anar Rzayev Əkrəm Əylislini ermənipərəstlikdə, Əkrəm Əylisli isə qarşı tərəfin şər-böhtan içində böyüməkdə suçlayıb.

Məsələyə münasibət bildirən şair Rüstəm Behridi AzNews.az –a açıqlamasında baş verənləri "biabırçılıq" adlandırıb:

"Onlar təkcə bir-birilərin yox, onları sevənləri də təhqir elədilər. Bunun da bir adı var - biabırçılıq. Ayrılıqda it və ya quş olmaq təbii bir şey. Ancaq qanadlı bir köpək olmaq qorxulu bir şeydi".

R.Behrudi onu da bildirdi ki, hər iki şəxs artıq qırmızı xətti keçib: "Onların hər ikisi qırmızı xətti keçdi. Yəqin ki, barışıq olmayacaq. Mən buna çox heyifsilənirəm".

Bahar Rüstəmli
AzNews.az