Bakıda həbsxanada daha bir toy - Foto

Dekabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında daha bir nikah mərasimi keçirilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahları bağlanılıb. Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb.

Nikahın bağlanılmasına yaradılmış şəraitə görə Sümer Yaşar Yücel və Dilşad Osmanova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədova öz minnətdarlıqlarını bildiriblər.

AzNews.az