Qadın nəzarətçi çempion oldu - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşı növbəti mötəbər turnirdə qalib olub.
ANS PRESS-in Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, 27–28 dekabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikası Cui-Citsu Milli Federasiyasının 15 illik yubileyinə həsr olunmuş Gənclər və Böyüklər arasında Respublika çempionatı keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi, ədliyyə kiçik çavuşu Nuriyeva Kifayət Əzizbala qızı 21 və yuxarı yaş üzrə 55 kq çəki qrupunda yarışlarda iştirak edib və bütün rəqiblər üzərində inamlı qələbələr qazanaraq Cui-Citsu üzrə Azərbaycan çempionu adına layiq görülüb.


AzNews.az