- Köhnə - Cəmiyyət
- 10 Yanvar 2014 11:13
- 1 712
Hava küləkli keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam mimal-qərb küləyi ilə əvəz olunacaq
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yanvarın 11-də Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
AzNews.az