- Köhnə - Cəmiyyət
- 11 Yanvar 2014 10:37
- 1 777
Mövlanə ilə bağlı qadağa qoyulsun- Təklif
Ölkə parlamentində çıxış edən millət vəkili Məhəmməd əl Cəbri "Mövlanə Cəlalədin Ruminin əsərlərinin ölkəyə girişinə icazə verilməməlidir" deyib.
Millət vəkili, Ruminin 741 illik yubileyi ilə bağlı Küveytdə simpozium keçirilməsinin əleyhinə olduğunu söyləyib. O, çıxışı zamanı ölkə Daxili işlər Nazirliyinə də belə tədbirlərin keçirlməsinə qadağa qoyulmasını təklif edib.
Millət vəkilinin çıxışı sosial mediyada qalmaqala səbəb olub. Parlament üzvü məsələnin böyüdünü görüb, çıxışın yalnış istiqamətləndirildiyini bildirib.(anspress)