Müdafiə naziri Mədət Quliyevin müavinini təltif etdi- FOTO

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Qurban oğlu Cəlilov təltif edilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə Nizaməddin Cəlilov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 - 2008)" yubiley medalı ilə təltif olunub.

AzNews.az
image description