Sabir Həsənov: “Kiril əlifbalı baş daşılar yenə dəyişməyəcək”

I Fəxri Xiyabanda aparılan təmir işləri 15 gün ərzində yekunlaşdırılacaq. Bu barədə məlumatı AzNews.az-a Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov verib. Baş mühəndisin sözlərinə görə, aparılan təmir işləri nəticəsində bəzi məzarların üstündəki kəhnə qranitlər dəyişdirilib, səki daşları mərmərlə əvəz olunub.

Gələn həftədən başlayaraq ərazidə asfaltlama işləri həyata keçiriləcək. O ki qaldı əksər qəbirlərdə kiril əlifbasinda olan məzarüstü yazıların latınca yazılmış yeni başdaşılarla əvəzlənməsinə, təmir çərçivəsində bu işin həyata keçirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, I Fəxri Xiyabanda 250 məzar var.

Kəmalə
AzNews.az