- Köhnə - Cəmiyyət
- 22 Yanvar 2014 10:47
- 1 735
Xanım Qafarova teatrda işə başlayıb
Bunu AzNews.az-a əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib.
Onun sözlərinə görə, aktrisa yanvar ayının 27-də yenidən Türkiyəyə yollanacaq: "Allahın köməkliyi ilə yanvarın 27-də yenidən Türkiyəyə gedəcəm. 10 gün yenidən kimya-terapiya olunacağam.
Sonra isə Bakıya qayıdıb teatrda yeni aldığım rollar üzərində işləməliyəm. Yenə də bütün bunlara görə, Heydər Əliyev Fonduna və bu problemimi ictimailəşdirdiyinizə AzNews.az-a təşəkkürümü bildirirəm".
Bahar Rüstəmli
AzNews.az