- Köhnə - Cəmiyyət
- 6 Fevral 2014 15:50
- 3 867
Prezident bəzi məmurların ciddi cəzalanacağını bildirdi - Twitter
Bu barədə Doğan Xəbər Agentliyi məlumat yayıb. Məlumatı görə, Əliyev "Azərbaycanda Korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır " deyərək, başladığı twetlərini sərt ifadələrlə davam edib. Korrupsiyaya və rüşvətə qarşı önümüzdəki illərdə böyük cəzalar tətbiq ediləcəyini yazan Əliyev, 5 il içində Azərbaycanın korrupsiya ilə mübarizədə nümunə ölkə olmasının qarşıya qoyulduğunu yazıb. Agentliyin yazdığına görə, Əliyevin bu səhər bir-birinin ardınca yazdığı Twitləri agentlik belə təqdim edib:
- Bütün dövlət məmurları elə çalışmalıdır ki dövlət və xalq qarşısında alnı açıq , üzü ağ olsunlar. Məmurlar məsuliyyətlərini bilməlidirlər ... "Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir?
- Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Dövlət məmuru rüşvət almamalı ...
- hər bir dövlət məmuru təmiz işləməlidir , xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət götürməməlidir, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və vətənə sadiq, sədaqətli olmalıdır. Rüşvət alanlar CİDDİ ŞƏKİLDƏ cəzalandırılacaq.
- Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax , budur əsas prinsip. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsipə əməl etsin.
- Növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. AZƏRBAYCAN 5 İL İÇİNDƏ NÜMUNƏ ÖLKƏ OLMALIDIR.
- Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır.