Abdulatipov Moskvada İlham Əliyevdən danışdı

Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov Moskvada İTAR TASS-ın binasında 1 illik prezidentilyi dörünə həsr olunan mətbuat konfransı keçirib.

"Axar.az" Rusiya mediasına istinadla xəbər verir ki, müxtəlif məsələlərə toxunan Abdulatipov Azərbaycanla bağlı sualları da cavablandırıb. İlk olaraq Dağıstan və Rusiyadakı azərbaycanlıların milli-mədəni muxtariyyatının əməkdaşlığı sualına cavabında o deyib ki, qurumun rəhbəri Abbas Abbasov görkəmli insandı. Rusiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasında böyük rola malikdir.

Daha sonra Dağıstan lideri Bakı səfərindən danışıb. Bu yaxınlarda Bakıda olduğunu söyləyən Abdulatipov Prezident İlham Əliyevlə görüşdüyünü və onunla bir sıra layihənin həyata keçirilməsini müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, Dağıstan uzun illər qapalı bir respublikaya çevrilib və Rusiyanın reğionları, qonşu olkələrlə əlaqələr qurmayıb: "Məsələn, qonşuluğumuzda yerləşən və olduqca inkişaf edən Azərbaycanla əlaqələr sıfra endirilmışdi".

Dərbənd şəhərinin 2 min illiyinin qeyd olunması tədbirlərinə toxunan respublika rəhbəri vurğulayıb ki, bu önəmli yubileyə azərbaycanlılar da cəlb olunublar: "Heydər Əliyevin adını daşıyan küçə və park əsaslı təmir olunacaq. Bərpa işlərini azərbaycanlı dostlar öz üzərlərinə götürüblər. Hesab edirəm ki, qonşu ölkələrin geniş imkanlarından da yararlanmaq lazımdır".


AzNews.az