Vaqif Səmədoğlu xərçəng şöbəsində yazdığı şeirindən danışdı

"Bunu gecə yazdım. Gəldi, yazdım".


Xalq şairi Vaqif Səmədoğlu bunu AzNews.az-a açıqlamasında "Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?" şeirini ərsəyə gəlməsi haqda danışarkən deyib.

V. Səmədoğlunun sözlərinə görə, şeiri müalicə olunduğu klinikanın xərçəng şöbəsində yazıb.

Xatırladaq ki, hazırda Xalq artisti Vaqif Səmədoğlu onkoloji xəstəlikdən müalicə olunur.

AzNews.az sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeiri təqdim edir:

"Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram, üzümə açılacaq neçə səhər var? Bəyənəcəksənmi məni, bəndəni hansı gözlə görəcəksən?
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?..."

Bahar Rüstəmli
AzNews.az