Elgizdən İlham Mirzəyevə: "O, şarlatan və dələduzdur"

Elgiz Əkbər aparıcısı olduğu "Adam içində" verilişində səriştəsiz psixoloqlardan söz düşərkən, "Etiraf" verilişinin aparıcısı İlham Mirzəyevi "şarlatan" və "axmaq" adlandırıb.

AzNews.az-ın məlumatına görə, "Adam içində" tok-şousunun fevralın 6-da efirə çıxan sayında E. Əkbər deyib ki, bəzi insanlar var, dərs keçirlər, psixoloji söhbətlər aparırlar. Hətta psixologiya elmləri namizədidirlər. Hansı ki, bunun psixologiyadan xəbəri yoxdur.

O əlavə edib ki, bu adam cadugərliklə məşğuldur: "İnsanlar onun qapısında dayanıb falına baxdırıblar. Veriliş aparır, camaata dərs keçir. Şarlatan, dələduz kimi təhqirlərə məruz qalıb. Mən bunu görmüşəm. Bu haqda araşdırma aparacağam. Onun hansı faliyətinə görə namizəd adı verildiyinin araşdırılması üçün alimlərə müraciət edəcəyəm. Şarlatanın, dələduzun böyüyüdür, aktyordur, ağladır edir. Bu sahədə analoqu olmayan dələduzlar çoxdur. Onun dünyagörüşündə "e" hərifi belə yoxdur, nəinki "elm" sözü".



Bahar
AzNews.az