Nərimanov rayonunda illik hesabat toplantısı- FOTOLAR

"Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2013-ci ilin yekunları və qarşıda duran vəzifələr"ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

AzNews.az xəbər verir ki, iclasda Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Rasim Musabəyov və Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari ilin yanvar ayının 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurduğunu və 2014-cü ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2013-cü ildə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Başçı qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyev 2013-cü ildə 6 dəfə Nərimanov rayonunda olub, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olub. Ümumilikdə rayonda il ərzində "Gənclik" metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilib. Şəhərimizin ümumi görkəminə xələl gətirən H.Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilirmişdir. Qeyd olunan binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və yaxın müddətdə sakinlərin istifadəsinə veriləcək.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verib və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək 2013-cü il yanvarın 15-dən Nərimanov rayonunda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli "ASAN xidmət" mərkəzinin vətəndaşların istifadəsinə verildiyini, eyni zamanda, "ASAN xidmət"-in şəffaflığın artırılması, vətəndaşlarla dövlət orqanları arasında bürokratik əngəllərin aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılmasına nəzarət və qiymətləndirmənin aparılması, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra çıxış edən millət vəkili R.Musabəyov vaxtaşırı seçiciləri qarşısında hesabat verdiyini qeyd edərək, ümumiyyətlə rayon ərazisində 2013-cü ildə görülmüş işləri yüksək qiymətləndirdi və bu işlərin artan templə davam etdiriləcəyinə, Nərimanov rayonunun ölkəmizin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Hesabat məruzəsi ətrafında Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Babayev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru N.Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov çıxış edərək işlədikləri müəssisələrdə görülmüş işlər barədə hesabat veriblər.

İclasın sonunda rayonun ictimai – siyasi və mədəni həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə, xidmət sahələrində fərqlənən şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Amid
AzNews.az
image description image description image description image description image description image description image description image description image description