- Köhnə - Cəmiyyət
- 15 Fevral 2014 18:58
- 4 666
Prezident təbrik məktubları göndərdi

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Təbrikdə deyilir:
"Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
İlham Əliyev Liviya Dövləti Ümummilli Konqresinin sədri Nuri Əli Əbu Səhmeynə də təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Liviya Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və firavanlıq diləyirəm".
AzNews.az