- Köhnə - Cəmiyyət
- 17 Fevral 2014 13:33
- 4 993
Ramil Usubovdan 40 milyonluq hesabat

Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, 2013-cü ildə nəqliyyat vasitələrinə xidmət 9 milyon manata başa gəlib. DİN-in rabitə xərcləri təxminən 900 min manat olub. Polis orqanları elektrik enerjisi istifadəsi üçün 2 milyondan artıq vəsait xərcləyib.
Ölkədaxili və ölkəxarici rabitə xərcləri nazirliyə 1 milyon manata başa gəlib.
DİN təhsil alan tələbələr üçün 431 min manat təqaüd ödəyib. "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi"nin genişləndirilməsinə 5 milyon, Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq videomüşahidə kameralarının, "Nömrətanıma", "Qırmızı işıq", "Surətölçmə" və "Qoşa xətt" sistemlərinin quraşdırılmasına 3 milyon manat xərclənib.
Nazirlik "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi", "Elektron sənəd dövriyyəsi", "102 polisə zəng mərkəzi sistemi", "Kadr informasiya sistemi" və "İnzibati Xətalar sistemi" kimi layihələrə xidmət göstərilməsi xidmətinə 2 milyon manatdan artıq vəsait sərf edib.
Daxili işlər orqanlarının Virtual Tədris Sisteminə qoşulması üçün avadanlıqların alınmasına isə 1 milyon manat xərclənib.
DİN bildirir ki, ötən il Gəncə şəhərində videomüşahidə kameralarının quraşdırılması 800 min manata başa gəlib. Azadliq.org