Azərbaycanlılara xəbərdarlıq edildi

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə səfirlik vətəndaşlarımızı Kiyevdə etiraz aksiyalarının baş verdiyi yerlərə getməməyə çağırıb.
"Kiyevdə yaşayan və ya bu şəhərə gəlməyi planlaşdıran Azərbaycan vətəndaşlarına etiraz aksiyalarının davam etdiyi yerlərə yaxınlaşmamağı və gəlməməyi məsləhət görürük", deyə səfirliyin müraciətində bildirilir.

Qeyd edək ki, hazırda Ukraynanın paytaxtı Kiyevdə müxalifət tərəfdarları etiraz aksiyaları keçirir.


AzNews.az