- Köhnə - Cəmiyyət
- 19 Fevral 2014 18:45
- 7 505
Natiq Cavadlı işdən niyə çıxarıldı? -Baş redaktordan açıqlama

"Onun işdən çıxarılması haqda göstərilən səbəblər düzgün deyil. Natiq Cavadlı daxili məsələlərə görə işdən ayrılıb".
Bu sözləri Aznews.az-a "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev tanınmış jurnalist Natiq Cavadlının qəzetdən ayrılması haqda gəzən şayiələrə münasibət bildirərkən deyib.
Bahəddin Həziyev qısaca olaraq onu da qeyd edib ki,məsələni medianın gündəminə gətirmək laızm deyil:
"Bu, Natiqlə mənim aramda olan məsələdir".
Xatırladaq ki, yayılan məlumatlara görə, Natiq Cavadlının işdən çıxarılması iqtisadçı ekspert Qubad İbadoğludan aldığı müsahibə ilə bağlıdır.
İlqar Vəliyev