- Köhnə - Cəmiyyət
- 20 Fevral 2014 11:52
- 3 859
Bugünkü “həkim terroru”na Səhiyyə Nazirliyindən REAKSİYA

Səhiyyə Nazirliyi Bakıdakı 7 saylı Doğum Evində uşaq ölümü ilə bağlı hadisəni ciddi şəkildə araşdıracaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzNews.az –a bildirib ki, hadisə baş verdikdən sonra 24 saat ərzində ölüm hadisəsi ilə bağlı bütün sənədlər Nazirliyə daxil olur:
"Səhiyyə Nazirliyində bununla bağlı müvafiq komissiyalar fəaliyyət göstərir. Ümumilikdə bir ay ərzində ölüm hadisəsinin səbəbləri araşdırıldıqdan sonra ekspertiza öz rəyini açıqlayacaq".
A.Qədirli bildirib ki, Xəstə Hüseynova İradə doğuş zamanı uşağını itirməsi həkimlərinin səhlənkarlığı kimi təqdim edilməsi düzgün fikir deyil: "Çünki yuxarıda qeyd etdiyim ki, ekspertiza rəyi açıqlanmayınca, bu barədə nəisə fikir söyləmək olmaz".
Qeyd edək ki, Xəstə Hüseynova İradə Qələndər qızının anası Sənəm İsayeva AzNews.az-a bildirib ki, Bakıdakı 7 saylı Doğum Evinin həkimlərinin səhlənkarlığı və kobudluğu ucbatından yeni dünyaya gələn körpə ölüb, qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Bahar
AzNews.az