“Razin talkuçkası”nda gərgin anlar - VİDEO

Paytaxtın Bakıxanov qəsəbəsində əhali arasında "Razin talkuçka"sı kimi tanınan bazarın dağıdılmasına başlanılıb.

Satıcıların iddiasına görə, söküntü prosesi onlara xəbərdarlıq edilmədən, müştərilər və satıcılar içəridə olarkən aparılıb. Buna etiraz edən bazarın işçiləri dərhal Sabunçu rayon İcra Hakimiyyətinin binasl qarşısına toplaşıb.

İcra hakimiyyətindən bir nəfər etirazçıların qarşısına çıxaraq icra başçısının onları sabah qəbul edəcəyini bildirib.

Ancaq bu təklif kütləni bir az da qıcıqlandırdı. Polisin müdaxiləsi ilə satıcılar icra hakimiyyətinin binasından uzaqlaşdırıldıqda isə artıq qarşıdurma yarandı.

Polisin tələbini yerinə yetirməyən bir işçi isə dəyənəklə cəzalandı.

Aksiya dağıdılsa da, təxminən 4000 adamın ümidi sabah saat 12 - yə təyin edilmiş görüşə qalıb.





AzNews.az