“Bir gün Azərbaycanın ermənilərin hərəkətlərindən səbri tükənəcək” “Bir gün Azərbaycanın ermənilərin hərəkətlərindən səbri tükənəcək”

“Ermənilərin 100 il əvvəl işğal etdiyi torpaqları da azad edəcəyik” – Əli Həsənov

“Bir gün Azərbaycanın ermənilərin hərəkətlərindən səbri tükənəcək”


AzNews.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə deyib. Ə. Həsənov bildirib ki, Azərbaycan heç bir zaman müharibə tərəfdarı olmayıb:

"Bütün dünya bilir ki Azərbaycan sülhsevər xalqdır. Azərbaycan Prezidenti də müharibə olmasını istəmir. Onun məqsədi ölkəni iqtisadi cəhətdən daha da gücləndirmək və əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqdır. İlham Əliyevin məqsədi 2020-ci ilədək ölkəmizi dünyanın inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. Amma Ermənistan bizi müharibəyə sürükləmək istəyir.

Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib. Gec-tez işğal olunmuş torpaqlarımızı azad edəcəyik". Ə. Həsənovun sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsi prosesinə səbrlə yanaşır: "Artıq Azərbaycan ordusu güclənir. Biz hər vaxt müharibəyə hazırıq. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Azərbaycan 100 il əvvəl ermənilərin işğal etdiyi torpaqları da azad edəcək. Biz heç nədən qorxmuruq. Sadəcə qan tökülməsinin tərəfdarı deyilik. İstəyirik ki, regionda sülh və əmin-amanlıq olsun".

Amid
AzNews.az