Zakir Qaralovdan təyinat

Azərbaycan prokurorluq orqanlarında yeni təyinat olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata gör, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə baş ədliyyə müşaviri Nurəli Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. N. Məmmədov buna qədər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mütəxəssislər qrupuna rəhbərlik edib.


AzNews.az