"Bu abidə köçürülərsə, xarici qonaqlar da Xocalı soyqırımı ilə yaxından tanış ola bilər" "Bu abidə köçürülərsə, xarici qonaqlar da Xocalı soyqırımı ilə yaxından tanış ola bilər"

“Ana Fəryadı“ Şəhidlər xiyabanına köçürülsün- TƏKLİF

"Bu abidə köçürülərsə, xarici qonaqlar da Xocalı soyqırımı ilə yaxından tanış ola bilər"




Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsi təklif edilir.

Milli Məclisin fevralın 25-də keçirən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsini təklif edib.

M.Qurbanlı hesab edir ki, Xocalı soyqrımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: "Ana Fəryadı" abidəsi Şəhidlər xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər".

AzNews.az