500 nəfərdən çox şəxsə işsiz statusu verilib


Cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 1905 nəfər münasib işlərlə təmin olunub.

AzNews.az xəbər verir ki, bu müddətdə 160 nəfər işsiz və işaxtaran vətəndaş mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 13 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 179 nəfəri qadın olmaqla 314 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib.

Cari ilin yanvar ayı ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 552 nəfərə işsiz statusu verilib, 621 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Amid
AzNews.az