- Köhnə - Cəmiyyət
- 27 Fevral 2014 15:43
- 6 250
Zaur Hüseynov hələ də əvvəlki işindədir- Açıqlama

Buna AzNews.az-a açıqlamasında "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə, Zaur Hüseynov hələ ki, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini kimi işini davam etdirir: "Zaur Hüseynov "Bakıelektrikşəbəkə"dən getməyib və hazırda öz iş otağındadır.
"Bakı Metropoliteni" QSC-nin sədri vəzifəsinə təqdimatı həyata keçirildikdən sonra onun sədr müavini səlahiyyətlərinə xitam veriləcək".
"Bakıelektrikşəbəkə"dən o da deyilib ki, hazırda Z. Hüseynovun yerinə heç bir namizəd müəyyən edilməyib.
Qeyd edək ki, "Bakıelektrikşəbəkə" ASC-nin sədrinin birinci müavin Zaur Hüseynov prezidentin bu gün imzaladığı sərəncamla yeni yaradılan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Amid Əyyuboğlu
AzNews.az