- Köhnə - Cəmiyyət
- 27 Fevral 2014 17:01
- 3 780
Cəlilabaddan aksiya xəbərinə REAKSİYA
Təşkilatın sədri Mirsüleyman Mirxaslının adından AzNews.az-a daxil olan açıqlamada bildirilib ki, Cəlilabadda ictimai-siyasi vəziyyət stabildir və heç bir mitinq gözlənilmir:
"YAP Cəlilabad rayon təşkilatı rayonun bütün partiya üzvlərinin iradəsini ifadə edərək bildirir ki, həmin yazıların heç bir əsası yoxdur. Belə məlumatlar cəfəngiyatdan başqa bir şey deyil. Partiya üzvləri rayonun bütün ictimai-siyasi proseslərinin önündə gedir, ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə və partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyev ideyalarına sədaqətləri ilə nümunə təşkil edirlər. Buna görə də qətiyyətlə bildiririk ki, həmin yazılar əsassızdır, bütövlükdə YAP rayon təşkilatına və üzvlərinə atılmış böhtandır".
AzNews.az