Hadi Rəcəbli çoxuşaqlı ailələrin müavinət problemindən danışdı

Azərbaycan prezidenti İlham Əliyevin beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi barədə imzaladığı fərman 2014-cü il yanvarın 1-dən qüvvədədir. Buna əsasən beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilib.


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına açıqlamasında bu sahədə atılan addımların davamlı olacağını vurğulayıb:

"Azərbaycanda bu gün əhalinin sayı ildə 130 min nəfər artır. Bir çox ölkələrdə əksinə, təbii artımın azalması müşahidə edilir. Rusiya bu yaxınlarda təbii artımı balanslaşdırdı. Postsovet ölkələrinin əksəriyyətində də təbii artım ildən-ilə azalır. Buna baxmayaraq, respublikamızda çoxuşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezident davamlı olaraq qərarlar qəbul edir. Bu sahədə ardıcıl iş aparılır. İlk addım atıldı. Uşaqların sayı beşdən çox olan ailələrə müavinət verilməsi üçün sərəncam verildi. Gələcəkdə müavinətlərin verilməsində dəyişikliklər edilməsi üçün hazırlıqlar gedir. Əslində biz o addımları artırmaq istəyirik. Sadəcə, bəzi problemlər ortaya çıxır".

Komitə sədrinin sözlərinə görə, sahibkar elə işçini hansısa bəhanə ilə işə götürməməyə çalışacaq: "Çünki həmin işçini işə götürüb məzuniyyətdə olduğu müddətdə ona pul ödəsə, üstəlik onu əvəz edən şəxsə də maaş versə, əlbəttə, sahibkara sərf etməyəcək. Bu məsələlər müzakirə olunur. İstənilən şərtlər daxilində addımların atılacağı gözlənilir. Sadəcə, bir az səbirli olmalıyıq. Bunlar layihə formasında işlənir. Məsləyə düzgün yanaşmaq lazımdır ki, heç bir tərəfdə narazılıq yaranmasın. Ana məzuniyyətdə olduğu müddətdə maaşının 15 faizini alır. Bu, az görünə bilər. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı yeni qanun qəbul olunacaq".


AzNews.az