- Köhnə - Cəmiyyət
- 6 Mart 2014 10:24
- 2 753
Şahbaz Xuduoğlu 4 saat istintaqda dindirilib

4 saat istintaqda dindirilən direktor hadisənin rəzalət, ziyalılara qarşı vergi terroru olduğunu deyib: "Bütün həyatını kitaba həsr et, sonda müstəntiq qarşısında 4 saat ifadə ver. Bu, rəzalətdir, ziyalılara qarşı vergi terorudur".
O, bildirib ki, bu gün isə nəşriyyata açılmış cinayət işi ilə əlaqədar daha 4 tərcüməçi - "Qobustan" jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı, yazıçı Azər Abdulla, şair -tərcüməçi Aysel Əlizadə, tərcüməçi Hökumə Həbibova istintaqa çağırılıblar.
Qeyd edək ki, artıq bir neçə gündür nəşriyyatın işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar istintaqa çağırılaraq dindirilir.
AzNews.az