“Azərsu” üçün göydələn tikilir

Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir






Paytaxtda "Azərsu" ASC üçün yeni ofis binasının tikintisi davam etdirilir.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ofis binası Heydər Əliyev prospektində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir.

Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Layihəyə görə, hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36 min 326 kvadratmetr nəzərdə tutulub.

Obyektin tikintisi ötən il başlanılıb və 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Tenderdə qalib gəlmiş Koreyanın "Halla" şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon ABŞ dollarıdır.

AzNews.az