“Şeytan çarxı”ndan - Fotosessiya

Bu gün səhər saat 11-də Milli Parkda "Şeytan çarxı" adlanan yeni atraksion işə salınıb.

AzNews.az Gün.az-a istinadən xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə əsasən, "karusel"in qiyməti istifadəçilərin yaşına görə müxtəlifdir.

"Belə ki, biletlər 6 yaşınadək uşaqlara pulsuz veriləcək. 6 yaşından 12 yaşınadək olan uşaqlar üçün 3 manat, 12 yaşından böyük uşaqlar və böyüklər üçün 5 manat olacaq", - N.Məcidov deyib.

Qeyd edək ki, çarx tam dairəni sürətdən asılı olaraq 10-30 dəqiqə ərzində vurur.

Xatırladaq ki, 60 metr hündürlüyündə olan yeni çarxın tikintisinə 2013-cü ildə başlanıb.

Atraksionda hər biri 8 nəfər üçün nəzərdə tutulan 30 kabinə var.

Bu yaxınlarda Prezident İlham Əliyev və Mehriban Əliyeva yeni atraksionun rəsmi açılışında iştirak ediblər.

Diqqətinizə yeni atraksiondan Bakının görünüşünü təqdim edirik.

AzNews.az
image description image description image description image description image description