- Köhnə - Cəmiyyət
- 13 Mart 2014 15:19
- 2 840
Kəmaləddin Heydərov İrana səfər edəcək

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakıda səfərdə olan İran İslam Respublikası xarici işlər nazirinin müavini İbrahim Rəhimpur K.Heydərovla görüşdə bu səfərin iki ölkənin qardaş xalqlarının münasibətlərinə müsbət təsir edəcəyini vurğulayıb.
İ.Rəhimpur, həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının əhəmmiyyətini qeyd edib: "İran və Azərbaycan hərtərəfli münasibətlərin inkişafı üçün bütün potensiallardan və fürsətlərdən faydalanmalıdırlar".
K.Heydərov iki ölkə rəsmilərinin qarşılıqlı munasibətlərin gücləndirilməsi üçün ciddi iradələrini xatırladaraq deyib ki, Azərbaycan və İran yeni əməkdaşlıq sahələri yaratmalı və qarşılıqlı olaraq iqtisadi fürsətləri tanımalıdırlar.
O, əlavə edib ki, iki ölkə təbii fəlakətlərə nəzarət etmək sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsindən faydalana bilərlər.
AzNews.az