Ramiz Əzizbəylinin səhhəti ilə bağlı yeni xəbər



"Ramiz müəllimin səhhəti əvvəlki günlərlə müqayisədə yaxşıdır".

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli bildirib. Onun sözlərinə gərə, hazırda R.Əzizbəyli danışığı da düzəlir: "Əvvəl ümumiyyətlə, heç danışmırdı. İndi isə yavaş-yavaş fikirlərini çatdıra bilir. Ən azı ağrıları olanda deyə bilir. Təbii ki, hər şey Allahın əlindədir, ümidimiz onadır". Qeyd edək ki, R.Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsində müalicə olunur.

Bahar Rüstəmli
AzNews.az