İmtahan sentyabrın 2-də olacaq

Azərbaycanda orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları sentyabrın 2-də keçiriləcək. TQDK-dan AzNews.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə imtahanlar respublikanın 12 şəhərində keçiriləcək. Orta təhsil müəssisələrində imtahanlar sentyabrın 2-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək.

İmtahanda iştirak etmək üçün abituriyentlər TQDK saytından imtahana buraxılış vərəqəsini çıxarmalıdır. İmtahana yollanarkən, abituriyentlər özləri ilə imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini götürməlidirlər. İyulun 24-dək 6 yaşı tamam olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayış təqdim etməlidirlər.

İlkin
AzNews.az