Könüllü təlimlərə start verildi


"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi könüllü təlimlərə start verib.

İctimai Birliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təlimlərdə bölgələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində fəaliyyət göstərən sosial işçilər lazımi bilgilərlərə yiyələnəcəklər. Təlim ali məktəblərdə sosial iş üzrə təhsil alan tələbələrlə aparılacaq. Onlara sosial işin təşkili və psixoloji yardım edilməsi üçün gərəkli məlumatlar öyrədiləcək. Həmçinin, təlim prosesində məişət zorakılığı və insan alveri qurbanlarıyla sosial işin xususiyyətlərinə dair təlimlər də keçiriləcək.

Təlimin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu cür könüllü təlimlərin keçirilməsində əsas məqsəd gələcəkdə sosial işçilərin regionlarda belə qruplarla işləmək bacarığını təkmilləşdirmək və nəzəri və praktik biliklərini yüksəltməkdir: "Təlimlər 1 ay müddətində həyata keçiriləcək. Müddət bitdikdən sonra il ərzində mütəmadi olaraq yeni qrupların təlimə cəlb edilməsi nəzərdə tutulur. Təlim dövlət proqramlarına icrasına dəstək məqsədi daşıyır.

AzNews.az