- Köhnə - Cəmiyyət
- 29 Avqust 2012 14:06
- 3 282
Hava şəraiti qeyri-sabit olacaq
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 30-da əsasən gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. Avqustun 30-31-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
İlkin
AzNews.az