Sayqa Cahid qorxudan evinə gedə bilmir


Prodüser Sayqa Cahid iki gündür qorxudan evinə gedə bilmir. Bu barədə AzNews.az saytına danışan prodüser bildirib ki, psixoloji baxımdan çox gərgin vəziyyətdədir: "Mənə qarşı son iki ayda üçüncü dəfədir ki, belə bir hadisə törədilir. Fevralın 14-də və martın 8-də maşınımdan oğurluq edildi. İlk hadisədə polisə müraciət eləmədim. Dünən də bildiyiniz kimi hücuma məruz qaldım. Həddən artıq gərgin vəziyyətdəyəm. Qorxumdan yata bilmirəm, ağzımdan heç nə keçmir". Sayqa Cahid ona zor tətbiq edən şəxslə üzləşdirildiyini və onu bağışlamaq niyyətində olmadığını bildirib: "Yəqin ki, indi hansı səslə danışdığımı hiss edirsən. Mən onu necə bağışlaya bilərəm?"

Qeyd edək ki, dünən yaşadığı binanın girişində Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tərəfindən zor tətbiqinə məruz qalıb. Artıq həmin şəxs həbs olunub.

İntiqam Valehoğlu
AzNews.az