Leyla Yunusun Antalya mülkü və yarım milyonu - Foto

Jurnalist Eynulla Fətullayev hüquq-müdafiəçisi Leyla Yunusun Antalyadakı mülkü və idarə etdiyi "böyük pul axınları" barədə yazıb.

"Qafqazinfo" haqqın.az-a istinadən xəbər verir ki, E.Fətullayev ölkədən çıxarkən yaxalanan və Brüsselə beynəlxalq konfransa getdiyini iddia edən Leyla Yunusun nədən Antalyadakı mənzilinin mülk sənədlərini də özü ilə götürdüyünə diqqət çəkib:

"Axı onun çamadanında axtarış zamanı Antalyadakı daşınmaz əmlaka aid sənədlər çıxmışdı! Həm də təkcə onlar yox!!!

Mən sualları və gəlirlər haqda bəyannamənin təqdim olunması barədə ədalətli tələbi, "işğalçı rejimin pəncəsi altında əzab çəkən" zavallı, yetim hüquq müdafiəçisində başqa ölkələrdə mənzil almaq üçün bu qədər pulun haradan olduğu barədə izahatı bir kənara qoyuram.

Yunus nə zadəgan deyil, nə Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil, təsəvvür edin, onun hətta azərbaycanlı oliqarxlara da qohumluğu çatmır. O zaman sual olunur: "pullar haradandır, Zin"?!

Və bir də, Yunusların mənzillərinin "kupça"ları Brüsseldəki konfransda kimə lazım idi?.

L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib. Məsələn, təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) "Transparency Azərbaycan" təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi (oliqarxlara qarşı digər mübariz Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova ilə birlikdə) "Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda" QHT-si vasitəsilə Leyla Yunus son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb. Əgər xanım Yunus istəsə, biz böyük məmuniyyətlə onun demokratiya uğrunda mübarizə, NKVD-yə qarşı savaş və ermənilərlə dostluq üçün daha hansı QHT-lər vasitəsilə başgicəlləndirici məbləğdə pullar aldığını göstərən siyahını da dərc edərik.

Və bütün görünən odur ki, bu pulların böyük hissəsi Antalyaya gedib! Bəs R.Səfərəliyeva hara baxırdı? Axı korrupsiya və qanunazidd əməlin törədilməsinə dair şübhələr açıq şəkildə ortadadır. Bəs necə, "Transparency"nin hamisi, "krışa"sı müqəddəsdir!".