Səfər Əbiyev üzə çıxdı – Sabiq nazir Bakıdaymış

Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin istintaqa cəlb edildiyi, bəzilərinin həbs olunduğu bir vaxtda keçmiş nazir Səfər Əbiyevin də bu proseslərə cəlb olunması barədə məlumatlar yayılır. Ağır cinayətlərdə suçlanan nazirlik əməkdaşlarına qarşı sürülən ittihamların bir ucunun keçmiş nazirə dirənməsi Səfər Əbiyev ətrafında halqanın daralmasını deməyə əsas verir. Nəzərə alsaq ki, təqsirləndirilən şəxslər Əbiyevin əsas kadrları hesab olunur, onda təhlükənin daha real olmasını isbatlamağa ehtiyac yoxdur. Belə olduğu halda nazirin niyə istintaqa cəlb edilməməsi sualı yaranır.

Bu suala cavab olaraq bəzi mətbu orqanlar Əbiyevin ölkəni tərk etməsi barədə məlumatlar yayıb. Məlumatlarda bildirilir ki, o, həbs olunmasının real olduğunu düşünüb, ölkəni birdəfəlik tərk edib. Amma dünən AzNews.az saytının əməkdaşı təsadüfən keçmiş naziri Bakıda, Yasamal rayonu ərazisində görüb.

Əməkdaşımızın sözlərinə görə, Səfər Əbiyev Mətbuat prospektindən, "Yasamal bazarı" istiqamətinə gedib və yaxınlıqdakı yündürmərtəbəli binanın həyətinə girib. Sabiq nazir "Mersedes" markalı avtomobildə olub. Avtomobili sürücü idarə edirmiş. Sonradan məlum olub ki, həmin binada Səfər Əbiyevin oğlu Roman Əbiyev yaşayır.


AzNews.az