Məhkəmə qarşısına çıxarılanların SİYAHISI (Yenilənib)

Dünən "Nida" vətəndaş hərəkatının üzvlərinə həbs cəzası kəsiləndən sonra etiraz aksiyasında saxlanılanlardan çoxu Nəsimi rayon məhkəməsinə gətirilib. Məhkəmə önünə heç kəsi buraxmırlar. Hazırda məhkəmə çıxarılacaq şəxslər polis maşınlarının içərisində gözləyirlər.

Musavat.com məhkəmə qarşısına çıxarılacaq şəxslərin siyahısını dəqiqləşdirib:

1. Tural Abbaslı
2. Şamil Beydulla
3. Orxan Eyyubzadə
4. Türkel Azərturk
5. Kəmalə Bənəniyarli
6. Toğrul İbrahim
7. Füzuli Ovçuyev
8. Nicat Məmmədbəyli
9. Şəfi Şəfiyev
10. Kamran Zeynalov
11. Rəhman Məmmədli
12. Turan Ibrahim
13. Orxan Rüstəmzadə
14. Rəsul Mürsəlov
15. Hüseyn Qarasulu (12.16)

***
Məhkəmə artıq bitib. İlkin məlumatlara görə, aksiyada saxlanılanların əksəriyyətinə müxtəlif müddətə sutkalıq həbs cəzası verilib və onları arxa qapıdan çıxarıb, aparıblar.

Aksiyada saxlanılanlardan Tural Abbaslı, Şəfi Şəfiyev və Hacı Zeynallıya 15 sutka, Orxan Eyyubzadə 20 və Kəmalə Bənənyarlıya isə 30 sutka həbs cəzası verilib.

Rəsul Mürsəlov, Nicat Məmmədov və soyadını hələlik dəqiqləşdirə bilmədiyimiz Rəhman adlı gəncə 400 manat məbləğındə cərimə tətbiq olunub.

Şamil Beydulla və Kamran Zeynalov 500 manat, Füzuli adlı gənc isə 300 məbləğində cərimə ilə üzləşiblər.

Tural Ibrahim və Orxan Rzaya məhkəmə tərəfindən xəbərdarlıq edilib.

Digərlərinin məhkəməsi hazırda davam edir.

AzNews.az