Xoşqədəmdən açıqlama gəldi

Xoşqədəmdən açıqlama gəldi
"Qanun şahdır, icra hakimiyyəti varsa, mən kiməm"
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının guya Saray qəsəbəsində qonşusu Xəqani Hüseynovun evini sökdürməsiylə bağlı xəbərə açıqlama verdi.

ANS PRESS-in məlumatına görə, hazırda xarici ölkədə çəkilişdə olan Xoşqədəm Hidayətqızı adının mətbuatda hallanmasına sərt cavab verdi: "Bütün bu işlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir və bu işin mənim adımla hallandırılmasını başa düşmürəm. Qanun şahdır, icra hakimiyyəti varsa, mən kiməm".