Erməni əsilli hərbi qulluqçu ilə bağlı RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.

Müdafiə Nazirliyi bəyan edir ki, KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq, yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir.

AzNews.az