Rövşanə Bektaşi Əli Nurla qalmaqala aydınlıq gətirdi: “Mənə hücum çəkdi”

ANS-də yayımlanan "Bazar səhəri Rövşanə ilə" verilişinin aparıcısı Rövşanə Bektaşi əməkdar artist Əli Nurla aralarında yaranan qalmaqala aydınlıq gətirib. Teleaparıcı AzNews.az-a açıqlamasında bildirib ki, aktyor verilişdən sonra ANS-ə gələrək onu təhqir edib:

"Əli Nur ANS-ə gəldi və olduqca kobud, təhqiramiz formada hərəkətlər elədi, ifadələr işlətdi. Bütün bunlar ANS-in kameralarına da düşüb. Onun jurnalistlə belə rəftar etməyə nə ixtiyarı çatır? O gələndə efir bitmişdi. Amma biz verilişdə nə onu təhqir etmişik, nə də başqa hörmətsizlik olmayıb. O verilişdə iştirak etmək istəyirdi. Amma bizim Əli Nurun qarşısında nə borcumuz, nə də öhdəçiliyimiz var. ANS Şirkətlər Qrupunun rəhbərliyi var və iclaslar zamanı qonaqlarımızı müəyyənləşdirib rəhbərliyə təqdim edirik. Rəhbərtliyin icazəsi olandan sonra dəvət edirik. Yəni bu özbaşına olmur. Orda Əli Nurun adı nə çəkilib, nə müzakirə olunub. Bizim ona borcumuz yoxdur. Qonaqlarımızı müəyyənləşdirdik və dəvət edildilər. Əslində mən onu məhkəməyə verməliyəm. Çünki məni təhqir edib. Amma belə bir şey düşünmürəm. Üstümə gəldi, əl qol hərəkətləriylə hücum çəkdi. Həmin kadrların efirə verilib-verilməyəcəyi rəhbərliyin qərarından asılıdır. Özbaşıma deyiləm".

İntiqam Valehoğlu
AzNews.az