Şeyx İrana elçi təyin etdi - ÖZƏL

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə İrana nümayəndə təyin edib. Bu barədə AzNews-a QMİ-dən mənbə məlumat verilib.

Məlumatda qeyd olunur ki, Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, fətva şöbəsinin müdir müavini vəzifəsində olan hacı Şamil Rəsulovu İrana nümayəndə təyin edib. Hazırda QMİ-nin İran nümayəndəliyi sözü gedən ölkənin Qum şəhərində açılması planlaşdırılır və orada ofisin yeri müəyyənləşdirilir. Məsələ ilə bağlı hacı Şamil Rəsulovla əlaqə saxladıq. O bildirib ki, hələlik vəzifəsinin icrasına başlamayıb: "Yaxın günlərdə bütün işlər həll olunduqdan sonra bu barədə nəsə danışmaq olar".

Amid
AzNews.az